Mərakeşdə həyatını itirənlərin sayı üç minə yaxınlaşdı

post-img

Mərakeşdə sentyabrın 8-nə keçən gecə baş verən zəlzələdə həyatını itirənlərin sayı 2960-a çatıb.

 “Anadolu” xəbər verir ki, Mərakeş hökumətinin sözçüsü Mustafa Baytaş kabinet iclasından sonra mətbuata verdiyi açıqlamada bildirib: “Zəlzələdə ölənlərin sayı 2960-a yüksəlib”.

Dağılmış evlərin müəyyənləşdirilməsi davam edir.

Hökumət zərər çəkən evlərin hesablanmasını oktyabrda başa çatdıracaq. Bu aydan isə bir il boyu zəlzələdən zərər çəkmiş hər ailəyə aylıq 2500 dirhəm (250 dollar) veriləcək”.

Xatırladaq ki, sentyabrın 8-nə keçən gecə Mərakeşdə episentri Huz bölgəsi olmaqla 7 bal gücündə zəlzələ baş verib. 2,8 milyon insan zəlzələdən zərər çəkib, dağılan evlərin təxmini sayı 60 mindir.

 

Anar ƏLİ,

XQ

Dünya