Daşkənddə partlayış baş verib

post-img

Daşkənddə baş vermiş partlayış və ardınca yaranan yanğın nəticəsində bir nəfər həlak olub, 163 nəfər yaralanıb. Bu barədə bu gün Özbəkistanın Səhiyyə Nazirliyindən bildirilib. Məlumatı “İzvestiya.ru” verib.

Hadisə sənaye anbarında baş verib, nəticədə yaxınlıqdakı evlərin fasadları dağılıb, şüşələri sınıb, metronun “Quruvçular” stansiyasının fasadı da zədələnib.  

Məlumatda bildirilir: “Yanğın nəzamanı zərər çəkənlər Respublika Təcili Tibbi Yardım Elmi Mərekəzinə və onun Daşkənd vilayətindəki filialına çatdırılıb”.

Hadisə yerində həlak olan oğlan uşağı 2006-cı ildə anadan olub.

 

XQ

Dünya