Rusiyalı analitik: İndi Paşinyan Rusiyadan uzaqlaşmaq istəyir

post-img

Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclası nəticəsiz qalıb. Çünki hər şey artıq bitib. Ancaq tədbirdə Ermənistanın xarici işlər naziri çıxış edərək BMT sülhməramlılarının bölgəyə daxil edilməsinə çağırış edib. O, çıxışında, ümumiyyətlə, Rusiya sülhməramlılarından bəhs etməyib.

Paşinyan hazırda iki əsas problemi isti şəkildə həll edəcək. Birincisi, ölkə daxilində Ermənistanı indiki acınacaqlı vəziyyətə gətirən keçmiş elitasını bitirməyə çalışacaq. İkincisi, xarici siyasət sahəsində o, sadəcə olaraq Rusiyadan uzaqlaşmaq və onu digər təhlükəsizlik qarantları ilə əvəz etmək üçün vəziyyətdən maksimum istifadə edəcək. 

Bu fikirləri “Lenta.ru” portalında rusiyalı analtik, bleger Anatoli Nesmyan  yazıb. Bloger qeyd edib ki, vəziyyətin paradoksu ondan ibarətdir ki, Paşinyanın hakimiyyəti Qarabağın süqutundan sonra daha da güclənib, çünki indi onun əleyhdarları (qondarma Qarabağ klanı) məğlub olub və Paşinyanın qarşısında yeni həllər məkanı açılıb.

Anar Əli
XQ

Dünya