Donmuş torpaq qatı da əriyir

post-img

Qütb buzlaqları ilə yanaşı, Yer səthinə yaxın olan permafrostlar da (daimi donmuş torpaq qatı) əriyir 2100-cü ilə qədər bu donuşluq yox ola bilər. Bunu hazırkı iqlim meyillərini planetin 3 milyon il əvvəlki iqlimi ilə müqayisə edən beynəlxalq alimlər qrupu proqnozlaşdırıb. 

Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub. 

2100-cü ilə qədər torpağın üst qa­tında səthə yaxın permafrost yalnız Şərqi Sibir dağlarında, Kanada Arkti­kası arxipelaqında və Qrenlandiyada mövcud ola bilər. 

Alimlər deyirlər ki, növbəti 77 il ər­zində yer səthinə yaxın olan bu qədər permafrostun itirilməsi insanların ya­şayış vasitələri və infrastruktur, qlobal karbon dövrü, yerüstü və yeraltı hid­rologiya üçün geniş nəticələrə səbəb olacaq. 

L.QURBANOVA
XQ

Dünya