Məşhur ensiklopediyalar

post-img

Ensiklopediyalar oxuculara mümkün qədər çox məlumat vermək üçün nəzərdə tutulub. İlk belə məlumat kitabları qədim Misirdə və Çində yazılmışdır. 

Əziz oxucu, sizə bəşər tarixində ən böyük ensiklopediyaları təqdim edirik: 1.Avropada ilk ən böyük əsər sevilyalı Müqəddəs İsidorun “Etimologiya” (VI əsr) ensiklopediyası olub, burada qrammatikadan zoologiyaya qədər müxtəlif sahələr üzrə məlumatlar toplanıb. Bütün məlumatları ehtiva etmək üçün müəllif 20 cild hazırlayıb.

2. “Yunle Ensiklopediyası” (Çin) əvvəlkini dəfələrlə üstələyib. Bu gün o, ən böyük qeyri-elektron ensiklopediyadır. 1403-1408-ci illərdə Çin imperatoru Yunlenin əmri ilə yaradılmışdır. Onun üzərində minlərlə alim çalışmışdır. Bütün fakt məlumatlar təxminən 510 min səhifəyə sığışdırılmışdır. Təəssüf ki, bu işin yalnız bir hissəsi bizə gəlib çatmışdır.

3. İngilis dilində ən qədim ensiklopediya Endryu Bell və Kolin MacFarquhar tərəfindən 1760-cı illərdə nəşr olunan “Britaniya Ensiklopediyası”dır.

3 cilddən ibarət bu ensiklopediya hazırda 15 cildə qədər genişləndirilib. Sonuncu nüsxəsi 1985-ci ildə nəşr olunub.

4. Ən böyük elektron ensiklopediya “Vikipediya” adlanır. Burada 2015-ci ilə qədər 100 müxtəlif dildə məlumatlar olub. İngilis dilində 5 milyondan çox məqalə var (lakin o, insan biliklərinin yalnız 5 faizini əhatə edir). Rusdilli bölmədə həyatın bütün sahələrinə aid 1,3 milyondan çox məqalə yerləşdirilib. 

Bu ensiklopediyanın populyarlığı hər bir şəxsin orada müəllif ola bilməsi ilə izah olunur. Bununla belə, məlumatlar idarəçilər tərəfindən yoxlanılır və xətalar aşkar edildikdə düzəldilir.

P.ƏFƏNDİ 
XQ

 

Dünya