Pitonla sörfinq oyunbazlığı

post-img

Avstraliyalı sörfçü boynuna piton dolayaraq dalğalara baş vurub. Lakin bu hərəkəti  Avstraliya sakinləri arasında böyük səs-küyə səbəb olub. İnsanlar buna görə polisə müraciət ediblər. 

Hökumətin səlahiyyətli nümayəndəsi bu məsələyə münasibət bildirərək deyib:

– Təhlükəli heyvanları ictimai yerə çıxarmaq və ya nümayiş etdirmək üçün ayrıca icazə tələb olunmalıdır. Həmin şəxsin bu hərəkəti yolverilməzdir. Buna görə lazımi cəza tədbirləri görüləcək.

Qeyd edək ki, ilanlar ­soyuqqanlı heyvanlardır və üzə bilsələr də, çox vaxt sudan qaçırlar. Xalça pitonları isə okeanda olan yeganə dəniz ilanlarıdır. 

Düzdür, xalça pitonları zəhərsiz ilanlardır. Onların uzunluğu 3 metrə qədərdir. Amma çox təhlükəlidirlər, belə ki, ovladıqları canlıların bədənlərinə sarılaraq boğulana qədər sıxırlar.

S.FİDAN
XQ

 

Dünya