Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Co Bayden və xanımı tərəfindən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak edən nümayəndə heyətlərinin başçıları və xanımlarının şərəfinə təşkil edilən ziyafətdə iştirak edib.
XQ TRT-yə istinadən xəbər verir ki, Ərdoğan, bun dan əlavə, keçirdiyi görüşlər çərçivəsində Türk Evində İsrailin Baş naziri Binyamin Netanyahunu qəbul edib.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, beynəlxalq və regional məsələlərin müzakirə edildiyi görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələr və İsrail-Fələstin münaqişəsi ilə bağlı son hadisələr gündəmə gəlib.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin İsraillə enerji, texnologiya, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində ortaq işlər görə biləcəyini ifadə edərək, sülhün hökm sürdüyü bir dünya üçün hər kəsin birlikdə çalışmasının vacibliyini vurğulayıb.
Anar ƏLİ
XQ