Ukrayna sərhədçiləri ABŞ-da sahil mühafizə gəmilərində təlim keçiblər

post-img

Ukraynalı sərhədçilər sahil mühafizə gəmilərini idarə etmək üçün ABŞ-ın analoji gəmilərində təlim keçiblər.  Bu barədə Ukraynanın Dövlət Sərhəd Xidməti Telegram kanalında məlumat yayıb.

Təlim ABŞ-ın Luiziana ştatındakı gəmiqayırma şirkətinin bazasında 10 gün davam edib.

Gəmilər müasir naviqasiya, idarəetmə, yanğınsöndürmə sistemləri və müşahidə kameraları ilə təchiz olunub.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya