Liviyada həlak olanların sayı 11 mini keçib

post-img

Liviyada sel və daşqınlar nəticəsində həlak olanların sayı 11,3 minə çatıb. Bu barədə Liviyanın Qızıl Ay Cəmiyyəti məlumat yayıb. 

XQ “İnterfaks.ru”ya istinadən xəbər verir ki, cəmiyyət itkin düşənlərin 10 mindən artıq olduğunu bildirib. Axtarış işləri davam etdirilir. 

Əvvəllər həlak olanların 5 min nəfər olduğu göstərilirdi. 

Ən çox Derna şəhəri zərər görüb. Bütöv məhəllələri su yuyub aparıb. Şəhər sakinlərindən 6 min nəfərin itkin düşdüyü bildirilir. Baş nazir Əbdül Həmid Dbeyba ölkədə üç günlük matəm elan edib. 

Hazırda Liviyada Türkiyə və digər ölkələrdən xilasedicilər çalışırlar. 

Paşa ƏMİRCANOV
XQ 

Dünya