Radioastranomların kəşfi

post-img

Ötən əsrin 80-ci illərin sonunda mütəxəssislər ekzoplanetlərin kəşf olunacağına şübhə etmirdilər. Dünyanın bir sıra elmi qrupları o dövrdə ən qabaqcıl optik spektrometrlərdən istifadə edərək onları axtarırdılar. Bununla belə, bəxt planeti heç axtarmayanlara – radioastronomlarına gülümsədi.

1991-ci ildə Polşa alimi Alexander Volşçan müşahidə etdiyi neytron ulduzu PSR 1257+12-nin radiopulsarının “nəfəs aldığını” qeyd etdi: onun göndərdiyi impulsların tezliyi dəyişirdi. Bu, onun başqa bir göy cisminin təsirinə məruz qalması demək idi. Kəşf alimin həmkarı Deyl Freyl tərəfindən təsdiqləndi. 1992-ci ilin yanvarında alimlər iki planet də kəşf etdiklərini açıqladılar - PSR B1257+12 c və PSR B1257+12 d. Daha sonra onlara Poltergeist və Fobetor adları verildi. Tezliklə üçüncünü də tapdılar - Draugr adlı PSR B1257+12 b.

Bu günə qədər ekzoplanetlər yalnız altı pulsarın (Qütblərindən radiodalğalardan rentgen şüalarına qədər böyük bir diapozonda şüalar yayan və öz oxu ətrafında yüksək sürətlə dövr edən neyron ulduzdur) yaxınlığında aşkar edilmişdir, baxmayaraq ki, onlardan iki mindən çoxu məlumdur.

Bütün elm dünyası Volşçan və Freyl tərəfindən kəşf edilən planetlərin necə meydana gəldiyini araşdırarkən, Kaliforniya və Cenevrə elmi qruplarından olan astronomlar diqqətlərini 51 Peqasi ulduzuna yönəldiblər – alətlər onun spektrində xətlərin 4,23 gün müddətində titrəməsini qeydə alıb.

Və biz bu planetlərə ümid yeri kimi baxırıq.

 

P.ƏFƏNDİ
XQ

Dünya