Rusiya XİN: Rusiya indi erməni xalqının bütün bəlalarında ittiham olunur

post-img

İndi tarixi tamam unudaraq erməni xalqının bütün bəlalarına görə Rusiyanı günahlandırırlar. Bu barədə sentyabrın 8-də Ermənistan-Rusiya media forumu zamanı Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin bildirib.

“Ermənistanda təəssüf ki, Rusiya ətrafında informasiya fonunun pisləşməsi ilə nəticələnən aydın tendensiya yaranıb. Biz getdikcə daha çox tənqidi rəylər, münasibətlərimizi pozmağa yönəlmiş daha çox məlumat görürük. Ona görə də belə informasiya fondunun korreksiyasında media müəyyən rol oynaya bilər. Bunun nə üçün edildiyi aydındır. Xarici qeyri-hökumət təşkilatları, ekspertlər ölkəyə soxulur və Ermənistanla heç bir əlaqəsi olmayan və Rusiyaya qarşı yönəlmiş bütün bu işləri Rusiya-Ermənistan münasibətlərinə qarşı maliyyələşdirir. Bu qüvvələrə Ermənistanın Rusiyaya qarşı platformasına ehtiyac qalmayanda sizin ölkənizin harada olduğunu unudacaqlar. Bunu başa düşmək və bu yemə qapılmamaq lazımdır",-deyə Nastasin vurğulayıb.

"Dostluq və əməkdaşlıq kontekstindən fərqlənən başqa bir presedent də var. Söhbət jurnalistlərin və ictimai xadimlərin “qara siyahısı”ndan gedir. Rusiya ilə Ermənistan arasında ənənəvi əlaqələrin dəstəyə və inkişafa ehtiyacı var”, - rusiyalı məmur deyib.

O, ikitərəfli qarşılıqlı fəaliyyət üçün münasibətlərin tarixini, hazırkı vəziyyətini əhatə edəcək, həm yaxın, həm də çox uzaq gələcəyə baxacaq müsbət informasiya fonunun olmasını vacib adlandırıb.

XQ

Dünya