Ryabkov: ABŞ-ın Ukraynaya zəiflədilmiş uran mərmisi verməsi cinayətdir

post-img

ABŞ-ın Ukraynaya zəifləşdirilmiş uran mərmilərini verməsi cinayət aktıdır və bu, münaqişənin eskalasiyasına gətirib çıxara bilər. Bu barədə bu gün Rusiya XİN başçısının müavini Sergey Ryabkov bəyan edib. Məlumatı “İzvestiya.ru” verib. 

O deyib: “Bu, sadəcə eskalasiya addımıdır, eyni zamanda, Vaşinqtonun bu cür mərmilərdən döyüş zonalarında istifadənin ekoloji nəticələrinə dəhşətli dərəcədə etinasız yanaşması deməkdir”. 

Onun sözlərinə görə, bunu cinayət aktından başqa cür adlandırmaq olmaz. 

RF-nin ABŞ-dakı səfiri də birdirmişdi ki, Vaşinqton zəifləşdirilmiş uranı göndərməklə Ukrayna əhalisinə tamamilə etinasız yanaşdığını nümayiş etdirir. Çünki bu mərmi partlayarkən radioaktiv duman yaranır ki, bu da müxtəlif xəstəliklərə səbəb olur.

Qeyd edək ki, sentyabrın 6-da ABŞ-ın dövlət katibi Entoni Blinken tezliklə Ukraynaya zəifləşdirilmiş uran mərmisi verəcəklərini elan edib.  

Paşa ƏMİRCANOV, 

XQ

Dünya