ABŞ-da növbəti prezidentlərlə bağlı rəy sorğusu keçirilib

post-img

Səksən yaşlı Prezident Co Bayden 2024-cü il seçkilərində namizədliyini irəli sürmək üçün “çox qoca”dır. “The Wall Street Journal”ın keçirdiyi rəy sorğusunun nəticələrinə görə, ABŞ-da qeydə alınmış seçicilərin 73 faizi belə hesab edir. Məlumatı XQ “İnterfaks.ru”ya istinadən verib. 

Bununla yanaşı, rəyi soruşulanların 47 faizi Baydenin rəqibi, ondan üç yaş kiçik olan sabiq prezident Donald Tramp haqqında da eyni fikirdədir. 

Respondentlərin 60 faizi bəyan edib ki, Bayden “prezident işləmək üçün mənəvi cəhətcə hazır deyil”. Tramp haqqında isə 49 faiz bu cür düşünür.

Sorğuda bir həftə ərzində 1,5 min seçici iştirak edib. 

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ildə keçiriləcək. 

Paşa ƏMİRCANOV, 

XQ

Dünya