Rumıniya Moldovanın qaz nəqli sistemini icarəyə götürüb

post-img

Rumıniyanın “Vestmoldtransqaz” şirkəti Moldovanın qaz nəqli sisteminin idarəçiliyini 5 il müddətinə öz üzərinə götürüb. Bu barədə “İzvestiya.ru” məlumat yayıb. 

Moldovanın Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bununla bağlı “Moldovatransqaz”la müvafiq icarə müqaviləsi imzalanıb. 

Proses Avropa İttifaqının qaz bazarında göndərişlərin, nəqlin və distribusiyanın bölüşdürülməsini nəzərdə tutan üçüncü enerji paketi çərçivəsində Moldovanın öhdəlikləri ilə bağlıdır.  

Paşa ƏMİRCANOV, 

“Xalq qəzeti”

Dünya