Ərdoğan və Putin danışıqlara başlayıblar

post-img

Bu dəqiqələrdə Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə danışıqlara başlayıb. İki liderin görüşü  Soçinin “Rus” sanatoriyasının “””İmperial” korpusunun Yaşıl zalında keçirilir. Məlumatı “İzvestiya.ru” verib. 

Rusiya Prezidenti Ərdoğanı salamlayaraq Soçiyə dincəlməyə tez-tez gəlməyi təklif edib. 

Sonra Putin hökumətlərarası komissiyanın həmsədrlərinin məlumat verməsi üçün görüşün əvvəlcə geniş tərkibdə keçirilməsini istəyib. Daha sonra diskussiya məhdud tərkibdə davam etdiriləcək. 

Paşa ƏMİRCANOV, 

“Xalq qəzeti”

Dünya