Kursk vilayətinə PUA hücumu

post-img

Ukrayna PUA-ları Kursk Vilayətinin Kurçatov yaşayış məntəqəsinə hücum edib. Bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoyt bəyan edib. Məlumatı “İnterfaks.ru” yayıb. 

Vilayət başçısı bildirib: “Səhər Kurçatova iki Ukrayna PUA-sı hücum edib. Bir inzibati bina və bir ev zədələnib. Hadisə yerində mütəxəssislər işləyir və zərərin həcmini qiymətləndirirlər”. 

Qeyd edək ki, Kursk vilayətində “Sarı” terror təhlükəsi 11 aprel 2022-ci ildən davamm edir. Ərazi Ukrayna ilə sərhəddə yerləşir və bir neçə dəfə atəşə məruz qalıb. 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

Dünya