Eynşteyndən ilhamlanan sənətkar

post-img

Türkiyənin tanınmış tekstil rəssamı Belkıs Balpınar Almaniyanın Düsseldorf şəhərindəki “Anna Laudel Qalereyası”nda toxuculuq texnikasının avanqard üslubunda  yaratdığı sənət əsərlərini nümayiş etdirir.

Qeyd edək ki, rəssam dahi alim Albert Eynşteynin nisbilik nəzəriyyəsindən ilhamlanır,  toxuculuğun texnika və naxışlarını adi forma və naxışlardan ayıraraq zaman, məkan və ölçü baxımından yenidən təsəvvür edir.

Yeri gəlmişkən, Balpınar toxunma prosesində unikal texnikadan istifadə edir. Bu qeyri-adi toxuma üslubu fonda maraqlı kölgələr yaradır, üçölçülü sənət əsərlərinə dördüncü ölçü əlavə  edir. Bu, Eynşteynin açıqladığı məkan və zaman anlayışına bənzəyən, bəşəriyyətin qavrayış sahəsindən kənar bir ölçüdür.

F. SALMANOVA, “Xalq qəzeti”

 

Dünya