Ərdoğanla Putin arasında telefon danışığı olub

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı başa çatıb.

“Anadolu” agentliyi bu barədə Türkiyə Prezidentinin Administrasiyasına istina­dən məlumat yayıb.

R.T.Ərdoğan Türkiyədə meşə yanğın­ları ilə mübarizə üçün 2 amfibiya yanğın­söndürmə təyyarəsi göndərdiyinə görə V.Putinə təşəkkür edib.

O, rusiyalı turistlərin Türkiyəyə artan marağından məmnunluğunu ifadə edərək, bu il birgə səylər nəticəsində turizmdə re­kordu qıracaqlarına inandığını dilə gətirib.

R.T.Ərdoğan Rusiya-Ukrayna müha­ribəsində gərginliyi artıracaq addımların atılmaması lazım olduğunu söyləyib. O, “sülh körpüsü” hesab etdiyi Qara dəniz təşəbbüsünün əhəmiyyətini vurğulayıb.

Telefon danışığı zamanı V.Putinin Tür­kiyəyə səfəri ilə bağlı razılıq əldə edilib.

“Xalq qəzeti”

Dünya