Bayden Tayvana 345 milyon dollar yardım ayırır

post-img

ABŞ Prezidenti Co Bayden Tayvana müdafiə sahəsində 345 milyon dollar həcmində yardım göstərilməsi barədə göstəriş verib. Bu barədə Ağ evin saytında məlumat verilir. Xəbəri “İnterfaks.ru” verib.

Baydenin bununla bağlı memorandumunda deyilir: “Dövlət katibinə səlahiyyət verirəm ki, Müdafiə Nazirliyi xətti üzrə xidmətlər göstərilməsi və müdafiə məhsilları alınması, eləcə də hərbi hazırlıq keçirilməsi üçün Tayvana 345 milyon dollara qədər yardım ayrılmasına göstəriş versin”.

Qeyd edək ki, Tayvan məsələsi 1949-cu ildə, Çin Xalq Respublikası elan olunan zamandan qalxıb. Çinin Qomindan partiyasının bir hissəsi Tayvanda qərarlaşıb. Hazırda Pekin “vahid Çin prinsipi”ndə israr edir, ÇXR və Tayvanda Çin Respublikasının paralel olaraq tanınmasını qadağan edir. Ancaq Tayvanın bütün iri dövlətlərdə qeyri-rəsmi mədəni və iqtisadi ofisləri var. ABŞ da Tayvanın status-kvosunun qorunub saxlanmasına sadiqdir və onun birtərəfli qaydada dəyişməsinin əleyhinədir. 

Paşa ƏMİRCANOV, 

“Xalq qəzeti”

Dünya