ABŞ Ukraynaya daha bir neçə “Abrams” göndərəcək

post-img

“Politico” nəşri Birləşmiş Ştatlar hökumətinin “Abrams” tanklarının Ukraynaya təhvil verəcəyi tarixi açıqlayıb. Nəşr yazır ki, sözügedən tanklar Ukraynaya cari ilin sentyabrında çatdırıla bilər.

Məlumata görə, Ağ ev bir neçə “Abrams”ı Almaniyaya göndərməyi planlaşdırır. Tanklar burada təmir olunduqdan sonra Ukraynaya ötürüləcək.

ABŞ Konqresi nümayəndəsinin sözlərinə görə, ilkin partiyaya 6-dan 8-ə qədər “Abrams” daxil olacaq. Ümumilikdə, 31 tankın Kiyevə tədarük ediləcəyi gözlənilir.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Dünya