Qazaxıstan Prezidenti Quranın yandırılmasını pisləyib

post-img

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hesab edir ki, bir sıra Şimali Avropa ölkələrində Quranın yandırılması müasir dünyada gərginliyin artırılmasına, xalqlar və dövlətlər arasında etimadın sarsılmasına yönəlmiş təxribatdır. 

Məlumatı “Anadolu” verib. 

Bununla bağlı bəyanatda bildirilir: “Qazaxıstan dünyəvi və ənənəvi dinlərin liderlərinin qurultayını keçirməyin təşəbbüskarıdır. Bu forum ənənəvi din və konfessiyaların görkəmli nümayəndələri arasında məhsuldar dialoq platforması ola bilər”.

Qazaxıstan liderinin fikrincə, müvafiq ölkələrin vətəndaşlarının törətdiyi dini vandalizm və məsuliyyətsiz təxribat hərəkətləri dövlət və dinlərin hamı tərəfindən tanınmış sivil birgəyaşayış normaları ilə daban-dabana zidd olan aksiya kimi ümumxalq ittihamına məruz qalmalıdır. 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

Dünya