Mirzoyan təhdid edir: Bakı Dağlıq Qarabağın blokadasını dayandırmasa, bu, danışıqlar prosesi üçün mənfi nəticələrə səbəb olacaq

post-img

"Dağlıq Qarabağda ciddi humanitar böhran var. Vəziyyət əsl humanitar fəlakətə yaxındır". Ermənistan KİV-i yazır ki, bunu Moskvada Rusiya və Azərbaycanın xarici işlər nazirləri ilə görüşündə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

"Əgər biz həll yolu tapa bilməsək və Azərbaycan blokadanı dayandırmasa, yer üzündə baş verən humanitar fəlakət, əlbəttə ki, danışıqlar prosesi üçün öz mənfi nəticələrini verəcək”, - deyə Mirzoyan bildirib.

O, həmçinin qeyd edib ki, "İrəvan konstruktivdir" və Azərbaycanla danışıqları davam etdirir.

Mirzoyan bildirib ki, Azərbaycanla danışıqlar kifayət qədər intensiv aparılır, bəzi məsələlərdə nəticələr var, bəziləri üzrə müəyyən perspektivlər görünür, orada tərəflər qarşılıqlı razılığa gələ bilərlər.

“Ancaq əlbəttə ki, tərəflərin mövqelərinin hələ də bir-birindən uzaq olduğu problemli məsələlər qalmaqdadır”, - deyə Mirzoyan əlavə edib.

"Xalq qəzeti"

Dünya