İran “Şahid-149”-un modernləşdirilmiş versiyasını təqdim edib

post-img

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Şahid-149” pilotsuz uçuş aparatının (PUA) modernləşdirilmiş versiyasını - “Qaza”nı təqdim edib.

İranın İRNA agentliyinin məlumatına görə, PUA-nın təqdimatı SEPAH-ın Kaşan şəhərindəki aviabazasında baş tutub.

Məlumata görə, “Şahid-149”un modernləşdirilmiş versiyası yeni şassi sistemləri və asma qurğu ilə təchiz olunub. PUA havada 35 saat qala və bir dəfəyə 7 min km uça bilir.

"Şahid-149 Gaza"nın ilk versiyası 2021-ci ilin may ayında təqdim edilib.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Dünya