Moskva meri Sobyanin dron hücumu nəticəsində xəsarət alan olmadığını bildirib

post-img

Moskva meri Sergey Sobyanin bildirib ki, iyulun 24-də səhər saat 4 radələrində iki qeyri-yaşayış binasına dron zərbələri qeydə alınıb. Paytaxt hökumətinin məlumatına görə, ciddi dağıntı və tələfat yoxdur.

“Bu gün səhər saat dörd radələrində iki qeyri-yaşayış binasına pilotsuz uçan aparatların zərbələri qeydə alınıb. Ciddi dağıntı və tələfat yoxdur”, - mer öz Telegram kanalında yazıb.

Merin sözlərinə görə, bütün əməliyyat xidmətləri yerində işləyir.

Bundan əvvəl Moskvanın Komsomolski prospektində pilotsuz uçuş aparatının fraqmentlərinin tapıldığı bildirilirdi.

Paytaxtın Nəqliyyat Departamenti bildirir ki, iddia edilən dron hücumundan sonra Moskvanın Komsomolski prospekti ilə hər iki istiqamətdə nəqliyyatın hərəkəti bağlanıb.

"Xalq qəzeti"


Dünya