Türkiyənin “Baykar” şirkəti Səudiyyə Ərəbistanın Hərbi Hava Qüvvələrini (HHQ) və Hərbi Dəniz Qüvvələrini (HDQ) “Akıncı” pilotsuz uçuş aparatı ilə təmin edəcək.
“Baykar”a şirkəti xəbər verir ki, “Akıncı” PUA-nın alqı-satqısı ilə bağlı müqavilə “Baykar”ın baş direktoru Haluk Bayraktar və Səudiyyə Ərəbistanı müdafiə nazirinin müavini Halid Bin Hüseyn Əl Bayari tərəfindən imzalanıb.
Müqaviləyə əsasən, “Baykar” şirkəti sifarişçiyə “Akıncı” PUA-larının tədarükü ilə yanaşı, həm də təlim, texniki dəstək və logistika xidmətləri göstərəcək.
Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

