Robert Koçaryanın və ona bağlı şəxslərin əmlakına həbs qoyub

post-img

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun bəyanatı əsasında eks-prezident Robert Koçaryanın və ona bağlı şəxslərin əmlakına həbs qoyub.

“Sputnik Armenia” yazıb ki, Robert Koçaryanın və onun ailə üzvlərinin əmlakları müsadirə oluna bilər. Buraya 20 ədəd daşınmaz əmlak, 2 avtomobil, 1,5 milyon dollar dəyərində depozit və qiymətli kağızlar, 10 milyard dram kreditlər, həmçinin, erməni və xarici şirkətlərdəki səhmlər daxildir.

 

Rizvan FİKRƏTOĞLU,

“Xalq qəzeti”

Dünya