Zelenski: Söhbət Ukrayna ərazilərinin qaytarılmasından gedir

post-img

Ukrayna Prezidenti Volodimir Zelenski bütün ukraynalılar üçün müharibənin və qələbənin hansı şərtlər daxilində başa çatacağı haqqında danışıb. Bu barədə o, Praqada Çexiyanın baş naziri Petr Fiala ilə birgə brifinqdə bəyan edib. Məlumatı UNİAN verib. 

Onun sözlərinə görə, söhbət Ukrayna ərazilərinin, əsirlərinin və oğurlanmış uşaqların qaytarılmasından gedir. 

Fiala isə deyib: “Heç kim bilmir müharibə nə vaxt bitəcək. Amma aydındır ki, o, Ukraynanın öz müstəqilliyinə və ərazilərinə tam qarantiya almasından sonra başa çatacaq. Bu, təkcə Ukrayna üçün vacib deyil, həm də bütün Avropanın gələcək təhlükəsizliyi üçün lazımdır”. 

Filat onu da qeyd edib ki, hazırda müharibənin nə vaxt bitəcəyi məlum deyil, amma Ukrayna üçün NATO-nun qapılarını açmaq lazımdır. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya