Böyük Britaniyanın sədrliyi ilə BMT Təhlükəsizlik Şurasında islahatlar aparılacaq. Bu barədə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord bəyan edib. Məlumatı “Anadolu” verib.
Vudvord Nyu-Yorkda təşkilatın mənzil-qərargahında jurnalistlərlə söhbət zamanı bildirib ki, bir ay ərzində Böyük Britaniyanın sədrliyi altında BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı tədbirlərin keçirilməsi planlaşdırılır.
O deyib: “Xüsusilə Təhlükəsizlik Şurasında Afrika ölkələrinin təmsilçiliyi ilə bağlı yarımçıqlıq var. Biz bu məsələni aradan qaldırmaq üzərində işləyəcəyik, çoxlu müzakirələr və təkliflər olacaq”.
P.ƏMİRCANOV,
"Xalq qəzeti”