ABŞ-ın maliyyə naziri Çinə gedəcək

post-img

ABŞ-ın maliyyə naziri Canet Yellen iyulun 6-9-da Çinə səfər edəcək və bu ölkənin yüksək vəzifəli şəxsləri ilə görüşəcək. Bu barədə Maliyyə Nazirliyinə istinadən “İnterfaks.ru” xəbər verib.

Nazirliyin yaydığı məlumata görə, Yellen “münasibətlərin məsuliyyətlə idarə olunması, problemli sahələr üzrə birbaşa dialoq və qlobal problemlərin həlli üzrə birgə işləmək kimi məsələləri müzakirə edəcək”.

Nazirlik xatırladıb ki, Yellen bu ilin aprelində Konqresdə çıxışı zamanı Pekinlə iqtisadi münasibətlərin qurulması üzrə Vaşinqtonun əsas götürdüyü prinsiplər haqqında danışıb. Onun sözlərinə görə, Birləşmiş Ştatlar birinci növbədə “özünün müttəfiqləri ilə bərabər milli təhlükəsizliklə bağlı maraqlarını təmin etməyə çalışmalıdır”. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

 

Dünya