Putin müharibə başlayandan bəri Priqojinin qazancının məbləğini açıqladı

post-img

Putin: Concord şirkətinin sahibi xüsusi hərbi əməliyyst başlayandan bəri dövlətdən 80 milyard rubl qazanıb

Rusiya prezidenti Vladimir Putin bildirib ki, “Konkord” şirkətinin sahibi və “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin ötən ilin fevralından hərbi ticarət, ərzaq məhsulları və ərzaq xidmətlərinin göstərilməsi yolu ilə dövlətdən 80 milyard rubl alıb. "RİA Novosti” xəbər verir ki, bunu dövlət başçısı Rusiya Müdafiə Nazirliyinin hərbçiləri ilə görüşündə deyib: "Ümid edirəm ki, heç kim heç nə oğurlamadı və ya az oğurladı, amma biz bununla məşğul olacağıq".

S.ELAY,

"Xalq qəzeti"

Dünya