Milli Kitabxananın hicab tələbi

post-img

İran Milli Kitabxanasında hicabdan məcburi istifadə etməyən fəal oxucuları buradan uzaqlaşdırmağın “orijinal” üsulunu tapıblar. Milli Kitabxana və Sənədlər Təşkilatı onların bir qrupuna SMS göndərərərək “Üzvlük siyasətinin 10-cu maddəsinin 7-ci bəndini əsas götürərək üzvlüklərinin dayandırıldığını” bildirib.

Müdriyyət bu mesajlarda tədbirin məcburi hicaba və ya oxşar səbəbə görə görüldüyünü göstərmir. Bənddə istinad edilən “Üzvlük məcəlləsinin 7-ci bəndin­də” müəmmalı “İslam geyiminə tam riayət edilməsi və dini, mədəni işlərin “mühafizə­si” kimi fikirlər yer alıb ki, əslində, söhbətin arxasında hansı məqamların dayandığı bəllidir.

Məhz buna görə də qadınlar öz qa­nuni haqlarının bərpa olunması uğrunda mübarizəyə qalxıblar. Üzvlükləri dayandı­rılan qadınlar İran İslam Respublikasının “dəyənək və güllə siyasətindən” sonra onlara qarşı davranışı heç də həzm et­mək niyyətində deyillər. Bu münasibətlə hazırlanmış bəyanatın müəllifləri İran Milli Kitabxanasının bir sıra qadın üzvləri­nin mesajlar vasitəsilə üzvlüyünün dayan­dırılmasını İranın idarəçilik strukturunda “gender aparteidini” yaymaq üçün “dövlət qurumlarının praktiki və sistemli addımı” kimi qiymətləndiriblər.

Bəyanatda deyilir: “İndi məntiqlə mə­dəniyyət qurumu olmalı olan Milli Kitabxa­na repressiyaya məruz qalan tədqiqatçı­ların və tələbələrin aradan qaldırılması bayrağını daşımaqdadır”. Bu bəyanatın başqa hissəsində Milli Kitabxananın mü­hafizə tədbirləri tənqid edilib və bildirilib ki, bu qurum “Məcburi hicaba riayət etmək­dən imtina edən bütün qadın üzvlərə me­saj göndərmək əvəzinə etirazların həc­mini azaltmaq üçün vaxtaşırı on nəfərlik qruplara üzvlüyün dayandırılması ilə bağlı SMS göndərilməsi qərara alınıb”.

Bəyanatı imzalayanlar sonda yazıblar: “Vətəndaşlara xidmət etməli olan dövlət qurumlarının ərbablar cübbəsini geymə­sinə və bizi aradan qaldırmasına icazə verməyəcəyik”.

R.GƏNCƏLİ

Dünya