ABŞ Prezidenti Co Bayden dövlət katyibi Entoni Blunkenin Çinə səfərindən sonra bəyan edib ki, Vaşinqton və Pekin düzgün yoldadır. Məlumatı “xalq qəzeti” “İnterfaks.ru”ya istinadən yayıb.
Bayden jurnalistlərin Blinkenin Çin sədri Si Cinpinlə görüşündə tərəqqi əldə olunması ilə bağlı sualına cavabında deyib: “Mənim təəssüratlarım bacib deyil, siz özünüz də bilirsiniz ki, tərəqqi əldə olunub”.
“Blinken həddən artıq yaxşı iş aparıb. Biz düzgün yoldayıq”, -- deyə Ağ ev sahibi qeyd edib.
Xatırladaq ki, Blinken Çinə səfəri zamanı dövlət başçısı Si Cinpinlə və Çin KP-nin xarici işlər üzrə komissiyasının rəhbəri Van İ ilə görüşüb.
P.ƏMİRCANOV,
"Xalq qəzeti”