Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa şəhərinin bir neçə sivil məntəqəsinə "Kalibr" raketləri ilə zərbələr endirib.
Bu barədə Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermak şəxsi teleqram hesabında bildirib.
O, həmçinin bu raketlərin 40 komponentinin olduğunu və mikroelektronika olmadan Rusiyanın bunu istehsal etməsinin mümkünsüzlüyünü qeyd edib.
Hökumət rəsmisi bu sahədə Rusiyaya kömək edən ölkələrə sanksiyaların gücləndirilməsinin vacibliyini vurğulayıb.
Elşən AĞALAR,
“Xalq qəzeti”