Stoltenberq Bayden və Blinkenlə görüşəcək

post-img

NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 12-13-də Vaşinqtonda ABŞ Prezidenti Co bayden və Dövlət katibi Entoni Blinkenlə görüşəcək. Bu barədə Şimali Atlantika alyansının saytında məlumat verilir. 

Bildirilir ki, “Stoltenberq Prezident Co Bayden, Dövlət katibi Entoni Blinken və ABŞ Senatının NATO-nun fəaliyyətini müşahidə edən qrupunun üzvləri ilə görüşlər keçirəcək”. 

İyunun 13-də Stoltenberq və Blinkenin birgə bəyanatı elan olunacaq. 

P.ƏMİRCANOV,
"Xalq qəzeti”

Dünya