Rusların borcları 2023-cü il üçün federal büdcə xərclərinin məbləğini üstələyib

post-img

Bu ilin aprel ayının sonunda Rusiya vətəndaşlarının ümumi borcu 2022-ci ilin eyni göstəricisi ilə müqayisədə demək olar ki, 13% və ya 527 milyard rubl artıb. “Qovorit Moskva” radiostansiyası Mərkəzi Bankın statistikasına istinadən yazır ki, yazın ikinci ayı üçün bu rəqəm pul ifadəsində 30 trilyon rublu ötüb və 2023-cü il üçün federal büdcədə nəzərdə tutulan dövlət xərclərinin həcmini (29,056 trilyon rubl) ötüb. 

Eyni zamanda, aprelin sonuna rusların ümumi borcu cari il üçün federal büdcənin gəlirlərini (26,13 trilyon rubl) xeyli ötüb. Məqalədə qeyd olunur ki, vətəndaşların borclarının artması birinci rübdə bankların potensial borcalanlara olan tələblərinin yumşaldılması və əhalinin istehlak aktivliyinin artması ilə bağlı ola bilər.

Həmçinin bildirilir ki, Rusiya vətəndaşlarının borcları 30 trilyon rublu keçib. Aprel ayında onlar keçən illə müqayisədə demək olar ki, 13% - 527 milyard rubl artıb. 

S.ELAY,

"Xalq qəzeti"

Dünya