Kosovo serblərinin etirazları davam edir

post-img

Metohiya vilayəti ərazisində yerləşən Zveçan şəhərində yaşayan serblər yenidən etiraz aksiyası keçirib. Xəbəri “Euronews” agentliyi yayıb.

Etirazçılar Kosovonun xüsusi təyinat­lı qüvvələrinin regiondan çıxarılmasını və yeni seçilən alban bələdiyyə sədrlə­rinin istefasını tələb edirlər. Nümayişlər Beynəlxalq Təhlükəsizlik Qüvvələrinin (KFOR) müşayiəti ilə keçirilib.

Mayın 26-da Kosovo polisi Metohiya vilayəti ərazisində yerləşən Zveçan, Zu­bin-Potok və Leposaviç bələdiyyələrinin binalarını nəzarətə götürdükdən sonra bölgədə vəziyyət gərginləşib. Seçkilərdə qələbə qazanan alban bələdiyyə sədr­lərinin fəaliyyətini təmin etməyə çalışan polis əməkdaşları serblərin müqaviməti ilə qarşılaşıb. Baş verən toqquşmalarda 80-dən çox insan xəsarət alıb. KFOR hərbçilərindən də yaralananlar olub.

Serbiya Prezidenti Aleksandr Vuçiçin əmri ilə Serbiya Silahlı Qüvvələri yüksək hərbi hazırlıq vəziyyətinə gətirilib. Koso­vonun Baş naziri Albin Kurti Belqradı iğti­şaşların təşkilində günahlandırıb.

“Xalq qəzeti”

Dünya