Blinken və Kuleba əks-hücum üçün hazırlıqları müzakirə ediblər

post-img

ABŞ dövlət katibi Entoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub. Onlar Ukraynanın müttəfiqlərinin əks-hücumun “uğuruna” necə töhfə verə biləcəyini müzakirə ediblər. Cənab Blinken əvvəllər bəyan edib ki, Kiyev bunun üçün lazım olan hər şeyi alıb.

“Onlar Ukraynanın əks-hücum əməliyyatına davam edən hazırlığı, o cümlədən beynəlxalq tərəfdaşların töhfələrinin onun uğuruna necə töhfə verə biləcəyini müzakirə ediblər”, - Dövlət Departamentinin bəyanatında deyilir. Söhbətdə dövlət katibi Ukraynanın suverenliyinin “Avropanın sülhü və təhlükəsizliyi üçün” əhəmiyyətini qeyd edib və həmçinin “ABŞ-ın Rusiyanı məsuliyyətə cəlb etmək öhdəliyini təkrarlayıb, prezident Baydenin Ukraynaya lazım olan müddət ərzində dəstək vermək vədinə əməl edəcəyini bildirib".

Tərəflər yaxın gələcəkdə Ukraynanın əks-hücumunu gözləyirlər. Vladimir Zelenski mayın 11-də deyib ki, Ukraynaya hazırlıq üçün müəyyən vaxt lazımdır. Mayın 12-də Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna Soledar istiqamətində hücuma keçib, lakin Rusiya departamentinin məlumatına görə, bütün hücumlar dəf edilib. Ukrayna prezidentinin aparat rəhbərinin müavini Andrey Sibiqa hesab edir ki, Ukrayna ordusunun uğuru Qərbin dəstəyinin səviyyəsindən asılıdır.

S.ELAY,

"Xalq qəzeti"

Dünya