ABŞ Hərbi Dəniz Qüvvələri: Vaşinqton Tayvanda "vəziyyəti dəyişəcək" sualtı pilotsuz təyyarələr yaradır

post-img

ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi admiral Maykl Gildey deyib ki, Birləşmiş Ştatlar Tayvan boğazında "vəziyyəti kökündən dəyişəcək" beş pilotsuz sualtı aparatı sınaqdan keçirəcək. Bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, Amerikanın ilk böyük pilotsuz sualtı aparatı hazırda Kaliforniya sahillərində sınaqdan keçirilir və bunun ardınca daha beşi sınaq baş tutacaq.

“Belə qurğular minaların gizli quraşdırılması potensialına malikdir. Və bu, vəziyyəti kökündən dəyişəcək”, – deyə Gildey bildirib.

O, konqresmen Ruben Qalleqonun Birləşmiş Ştatların arsenalında Çinin Tayvanı işğal etməsinin qarşısını almaq üçün hazırda istifadə edilə və ya modernləşdirilə bilən vasitə varmı?" sualına belə cavab verdib.

Bundan əvvəl Tayvan administrasiyasının Fransadakı sözçüsü Fransua Vu Tayvan, Yaponiya, ABŞ və digər ölkələrin Çindən mümkün aqressiv hərəkətlərə hazırlaşdığını bildirib.

"Xalq qəzeti"

Dünya