“Ərdoğan uğur qazanır ” – Alman qəzeti

post-img

Türkiyədə seçkilərin gərgin, Ukraynada isə Rusiya - Qərb qarşıdurmasının kəskin fazaya keçdiyi dönəmdə Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi manevrləri xarici mətbuatda da müzakirə olunur.

Belə ki, Almaniya mətbuatında cənab Ərdoğan barədə maraqlı analiz dərc olunub. Prezident Ərdoğanın xarici siyasətinə diqqət çəkən “Welt” qəzeti “Ərdoğan NATO və Moskvanı bir-birinə necə qarşı qoyur" başlıqlı şərhində onun uğurlu xarici siyasətinə diqqət çəkib. Nəşr bildirir ki, siyasi gedişlər onu göstərir ki, Prezident Ərdoğan uğur qazanır. 

NATO toplantısında Türkiyə qərbli müttəfiqləri ilə birliyini nümayiş etdirir və Finlandiyanın NATO-ya daxil olmasını qəbul edir. Lakin qısa müddət sonra Putinin xarici işlər naziri Ankarada qəbul olunur.

Bu addımlarla “Ərdoğan Moskva ilə Qərb arasında manevr edir və buna nail olur”,-deyə alman qəzeti vurğulayır. 

Anar Əli,
“Xalq qəzeti”

Dünya