Rusiya Ermənistandan süd məhsullarının idxalına qadağa qoya bilər

post-img

Rusiya Ermənistandan süd məhsullarının idxalına qadağa qoya bilər. Buna səbəb Ermənistanın İran xammalından istifadə etməsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb. Məlumata görə, Ermənistanın süd məhsulları istehsal edən bütün müəssisələrindən idxala məhdudiyyət qoyulması məsələsi müzakirə olunacaq. Belə ki, həmin ölkədəki süd emalı müəssisələri İran istehsalı olan və Rusiyada qadağan edilmiş xammaldan istifadə edir.

“Rosselxoznadzor”, həmçinin Ermənistanda süd emalı müəssisələrinin fəaliyyətinə dövlət baytarlıq nəzarətinin olmadığını da qeyd edib. “Bununla da Rusiyaya keyfiyyətsiz və təhlükəli məhsulların ixracı riski yaranır”, - deyə məlumatında bildirilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Dünya