Minlərlə yaponiyalı imperatorun doğum gününü sarayın önündə təbrik edib

post-img

Minlərlə yaponiyalı imperator Naruhitonun ad gününü təbrik etmək üçün Tokionun mərkəzindəki sarayının önünə yığışıb. Onun 63 yaşı tamam olur.

AZƏRTAC xəbər verir ki, İmperator Naruhito ailə üzvləri ilə birgə sarayının gülləkeçirməz şüşə ilə örtülmüş balkonuna çıxaraq onu təbrik etməyə gələn sakinləri salamlayıb və onlara təşəkkür edib. Yaponiya telekanalları mərasimi canlı yayımlayıb.

Buna qədər Yaponiya taxtının yeni sahibinin doğum günü mərasimləri koronavirus pandemiyası səbəbindən ləğv olunmuşdu. Bu il isə mərasim ixtisar olunmuş formatda baş tutub - monarxı lotereya vasitəsilə seçilən cəmi 4 min 800 yaponiyalı təbrik edə bilib.

İmperator Naruhito atası Akihitonun yaşının çox olması ilə əlaqədar titulundan imtina etməsindən sonra 2019-cu il mayın 1-də taxta çıxıb. O, Yaponiyanın II Dünya müharibəsində kapitulyasiyasından sonra doğulan ilk monarxdır.

Dünya