Zəlzələ nəticəsində ölənlərin sayı 29 min 605-ə çatıb

post-img

Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 29 min 605-ə çatıb. Bölgədə olan 147 min 934 nəfər təxliyə edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, fevralın 6-da baş verən dəhşətli zəlzələlərdən sonra indiyədək, ümumilikdə, 2412 yeraltı təkan qeydə alınıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan edilib.

Dünya