Laçın-Xankəndi yolundakı aksiyada canlanma müşahidə olunur: ekofəallar dünya ictimaiyyətinə çağırış edir

post-img

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyasında günorta saatlarında da aktivlik müşahidə olunub.

AZƏRTAC-ın aksiya yerinə ezam olunan müxbiri xəbər verir ki, toplanış yerində etirazçıların tələbləri dəyişməz olaraq qalır.

Hava şəraitinin soyuq və şaxtalı olmasına baxmayaraq, etirazçılar ərazini tərk etmək niyyətində deyillər.

Hazırda ekofəallar və gənc könüllülər Laçın-Xankəndi yolunun Şuşa şəhəri ərazisindən keçən hissəsində “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Təbiəti qoruyaq” və sair kimi şüarlar səsləndirir, dünya ictimaiyyətinə çağırış edərək, ekoloji terrora son qoyulmasını istəyirlər.

Aksiya iştirakçıları bildiriblər ki, Laçın-Xankəndi yolunun aksiya keçirilən hissəsində hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır.

Xatırladaq ki, ekoaksiya ötən il dekabrın 12-dən başlayıb.





Son xəbərlər