3 may - Beynəlxalq Günəş Günüdür

post-img

Günəş bəzəkdir bu dünyaya

Kosmik enerji mənbəyi, yerə ən yaxın ulduz olan Günəş planetimizin ekoloji vəziyyətini tənzimləyir. Günəş olmasa, yaşamağımız üçün lazım olan hava da olmaz. Günəş bizə istilik, işıq və həyat verir.

   Günəş enerjisindən istifadəni genişləndirmək məqsədi ilə 1978-ci ildən bəri demək olar ki, dünyanın bütün ölkələrində bu gün qeyd olunur. Günəş enerjisi ən təhlükəsiz ekoloji enerji mənbələrindən biridir, ətraf mühiti çirkləndirmir və qalıq yanacaqlar kimi uzunmüddətli yan təsirlərə malik deyil. O, həm də nisbətən ucuzdur və bütün dünyada elektrik stansiyalarına bərabər miqdarda enerji verə bilir.

   Günəş günü amerikalı ətraf mühitin müdafiəçisi və günəş enerjisinin tərəfdarı Denis Hayes tərəfindən təklif edilmişdir. O, 1970-ci il aprelin 22-də keçirilən ilk Yer Gününün koordinatoru kimi şöhrət qazanmışdı. Yer günündən sonra Günəş Gününün dünya səviyyəsində qeyd olunması məhz onun ideyası idi. Bu fikir  konqres tərəfindən yekdilliklə qəbul edildi və 1978-ci ildə Cimmi Karter ABŞ-la yanaşı dünyanın digər ölkələrində də qeyd olunan bu günün rəsmi bayram kimi keçirilməsinə nail oldu. 

  Beynəlxalq Günəş Günündə bütün dünyada bərpa olunan enerji mənbələrindən istifadəyə insanları təşviq etmək və ekoloji cəhətdən faydalı günəş enerjisi mənbələrindən yararlanmaq üçün müxtəlif tədbirlər planı da həyata keçirilir. 

 

Fidan Salmanova,

   “Xalq qəzeti”

Maraqlı