Həkimlər xəbərdarlıq edirlər: Süni intellekt asılılığı ailədən başlayır

post-img

İtaliyada asılılıqlarla mübarizə mərkəzində ilk dəfə süni intellektə asılı olan bir gənc qız müalicəyə alınıb. Təxminən 20 yaşlarında olan qız insanlarla az ünsiyyət qurur və vaxtının çoxunu çat-botla danışaraq keçirir.

O, Venesiyada yerləşən asılılıq mərkəzində müalicə olunur. Orada videooyunlara və smartfonlara həddindən artıq aludə olan başqa gənclər də var.

Mərkəzin rəhbərlərindən Laura Suardi deyir ki, süni intellekt insanlarla danışdıqca onların istədiklərini daha çox başa düşür və buna uyğun cavab verir. Bu isə insanlarda süni bir yaxınlıq hissi yaradır.

Mütəxəssislərin fikrincə, problem o zaman başlayır ki, süni intellekt insanın yeganə ünsiyyət və dayaq vasitəsinə çevrilir. Belə hallarda ailənin rolu çox vacibdir, çünki asılılığı ilk onlar görə bilirlər.

Həkimlər bildirirlər ki, gənclər arasında bu cür rəqəmsal asılılıqlar artır və bəzən təkcə psixoloji deyil, psixiatrik yardım da lazım olur.

S.ELAY

XQ

Maraqlı