Türkiyədə prezident seçkilərinə start verildi

post-img

Türkiyədə prezident və parlament seçkiləri üzrə kampaniyaya start verildi. Dünən ölkə mediasında yayılmış bu xəbərdə bildirilib ki, Ali Seçki Şurasının qərarına əsasən, prezidentliyə namizədliyin irəli sürülməsi prosesi martın 19-dan 23-dək davam edəcək. Namizədlərin siyahısı martın 31-də dərc olunacaq və bundan sonra onlar rəsmən seçki təbliğatına başlaya biləcəklər.

Seçkilərdə iştirak edəcək partiya və koalisiyaların namizədlərinin siyahısı­nı martın 24-ü, günün sonuna qədər MSK-ya təqdim olunmalıdır.

Hakim partiyanın prezidentliyə na­mizədi Rəcəb Tayyib Ərdoğandır. Onun əsas rəqibi müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu sayılır. Analitiklər qalibin müəyyənləş­dirilməsi üçün seçkilərin ikinci turunun keçiriləcəyini istisna etmirlər.

Eyni zamanda, daha bir neçə si­yasətçi seçkilərdə iştirak etmək barə­də qərar qəbul edib. Onların arasında Məmləkət partiyasının sədri Muhar­rem İnce, ATA partiyasının lideri Sinan Oğan, seçkiöncəsi “Türkiyə” blokunun rəhbəri, ölkənin sabiq prezidenti Turgut Özalın oğlu Ahmet Özal da var.

Xatırladaq ki, prezident seçkilərinin ilk turunda qalib gəlmək üçün namizəd 50 faizdən çox səs toplamalıdır. Əks halda ilk turda ən çox dəstək alan iki namizədin iştirakı ilə ikinci tur təyin olunacaq. İkinci turda daha çox səs qazanan namizəd 5 il müddətinə Tür­kiyə prezidenti seçiləcək. Parlament seçkilərində ən azı 5 faiz səs toplayan partiyalar və alyanslar prezident postu­na namizəd irəli sürə bilər. Müstəqil na­mizədlər isə bunun üçün 100 min imza toplamalıdır.

 

“Xalq qəzeti”

Son xəbərlər