İƏT Azərbaycanın təşəbbüslərini dəstəklədi

post-img

Xarici işlər nazirinin müavini Fariz Rzayev martın 16-17-də İslam Əməkdaşlıq Şurasının (İƏT) Nazirlər Şurasının 49-cu sessiyasında iştirak məqsədilə Mavritaniya İslam Respublikasında işgüzar səfərdə olub.

Xarici İşlər Nazirliyindən bildirilib ki, səfər çərçivəsində Fariz Rzayev Mavri­taniya xarici işlər naziri Mohamed Sa­lem Ould Merzoug, Burkina-Faso xari­ci işlər naziri Ragnaghnevende Olivia Rouamba, Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının Baş direktoru Yerlan Baidaulet, Oman Sultanlığı Xarici İşlər Nazirliyinin Diplomatik məsələlər üzrə katibinin müavini Şeyx Xəlifə bin Əli bin İsa əl Harti, habelə Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abşir Omar Huruse ilə görüşüb.

Görüşlər zamanı ikitərəfli əmək­daşlıq perspektivləri, beynəlxalq təş­kilatlar, o cümlədən Qoşulmama Hərə­katı (QH) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Yüksək səviyyəli rəsmi təmasların və ikitərəfli siyasi məsləhətləşmələrin intensivliyi­nin artırılmasının əhəmiyyəti vurğula­nıb.

***

İƏT Xarici İşlər Nazirləri Şurası Azərbaycanın təşəbbüsü ilə irəli sürül­müş 5 qətnaməni qəbul edib.

“Ermənistan Respublikasının Azər­baycan Respublikasına qarşı təcavü­zünün nəticələrinin aradan qaldırıl­ması”, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində iqtisadi və sosial inkişaf fəaliyyətlərinə dəstək” və “Ermənistan Respublikası­nın Azərbaycan Respublikasına qar­şı təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olun­ması” adlı qətnamələrdə Ermənistan tərəfindən Azərbaycana qarşı 30 ilə yaxın dövr ərzində törədilmiş işğal və təcavüz siyasəti qəti şəkildə pislənilir və işğalın ağır fəsadlarının aradan qal­dırılması istiqamətində, habelə bərpa və yenidənqurma işlərində Azərbaycan hökuməti və xalqına dəstək ifadə olu­nur.

“1992-ci il Xocalı qətliamı qurbanla­rı ilə həmrəylik” adlı qətnamədə Xoca­lıda Azərbaycan mülki əhalisinə qarşı törədilmiş kütləvi qırğın pislənilir, dün­ya birliyi bu qırğını soyqırımı, insanlıq əleyhinə cinayət və müharibə cinayəti olaraq qəbul edilməyə çağırılır və “Xo­calıya ədalət!” ictimai kampaniyasına dəstək ifadə olunur.

“Tehrandakı Azərbaycan Respub­likasının səfirliyinə qarşı hücum” adlı qətnamədə isə İƏT üzv dövlətləri bu il yanvarın 27-də Azərbaycanın Teh­randakı səfirliyinə qarşı ölümlə nəti­cələnən silahlı hücumu qəti şəkildə pisləyir, İran hökumətini baş vermiş hücumu hərtərəfli araşdırmağa, hücu­mu törədənləri cinayət məsuliyyətinə cəlb etməyə və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konven­siyasına uyğun olaraq Azərbaycan Respublikasının İran İslam Respubli­kasının ərazisində olan diplomatik nü­mayəndəliklərinin mühafizəsini təmin etməyə çağırır. Qətnamədə, həmçinin İƏT Katibliyi və İƏT üzv dövlətlərinin səfirliyə hücumu pisləyən bəyanatları təqdir olunur.

 

“Xalq qəzeti”

Siyasət