Yarımfinal oyunları bu gün keçiriləcək

post-img

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. Oyun günündə “Abşeron” klubu “Murov”u, “Azərreyl” isə UNEC-i sınağa çəkəcək.

Sabah isə kişi voleybolçuların mübarizəsi start götürəcək. İlk yarımfinal matçlarında “Murov” -MOİK, “Xarı bülbül” –“Neftçi” komandaları qarşılaşacaqlar. 

Xatırladaq ki, ölkə çempionantının əsas mərhələsində baş tutmuş dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçüncü yeri tutan klubla qarşılaşır. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

A.Elçin,

“Xalq qəzeti”

İdman