Fransada uşaqlara sosial media qadağası

post-img

Fransa Senatı sosial mediada zorakılığın qarşısının alınması üçün yeni qanun layihəsi qəbul edib. Belə ki, 15 yaşından kiçik istifadəçilərin sosial media platformalarından istifadəsi üçün valideynlərinin icazəsi tələb ediləcək. Xəbəri “cnn.com” saytı verib.

Yeni qanun layihəsinə görə, platfor­malar istifadəçilərin yaşını və yetkinlik yaşına çatmayanların valideynlərindən razılıq alıb-almadığını yoxlamaq üçün sistemdən istifadə etməlidirlər. Həmçi­nin valideynlər 15 yaşdan kiçik uşaqla­rının sosial media hesablarının dayan­dırılmasını tələb edə biləcəklər.

Qeyd edək ki, qanun layihəsi çərçi­vəsində sosial media və onlayn platfor­malar elektron məzmunla bağlı hüquqi müraciətlərə 10 gün ərzində cavab verməlidirlər. Qaydalara əməl etməyən platformalar ciddi şəkildə cərimələnə­cəklər.

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Dünya