“Apple Watch”da yaşıl kölgə

post-img

Reddit istifadəçilərinin mediaya verdikləri məlumatda deyilir ki, watchOS 9,5 yenilənməsindən sonra onların “Apple Watch” smart saatlarının ekranlarında yaşıl rəngli kölgə əmələ gəlib. İstifadəçilər qeyd ediblər ki, bu problemə yalnız bəzi “Apple Watch” modellərində rast gəlinir.

Söhbət, Watch Se­ries 8 və ondan daha əvvəlki modellərdən gedir. Watch SE və Watch Ultra modelləri arasında sözügedən problemə çox nadir hal­larda rast gəlinir. Bildiri­lib ki, bu problemin ya­şandığı “Apple Watch” modellərində ekranlar şifrənin daxil edilməsi, idarəetmə mərkəzinə keçid və bildirişlərin deaktiv edilməsi zama­nı yaşıl rəngli kölgə ilə əhatə olunurlar. 

Apple bu barədə hələ rəsmi bir məlumat verməyib. Qeyd etmək la­zımdır ki, buna bənzər problem öncə iPhone-larda da yaşanmışdı və səbəbi proqram təminatında idi.

Dünya